Bunu Mərkəzi Bankın rəsmi statistikasına istinad edən Banco.az saytı bildirir. Belə ki, Bankların maliyyə nəticələrinə dair hesabata əsasən, bankların yekun mənfəəti 361,37 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövründən 26,4%, yəni 75,63 mln daha çoxdur.
Bankların vergiyə qədərki mənfəəti isə 32,2%, yəni 98,61 mln artaraq, 404,45 mln-a çatıb.
Ötən müddət ərzində bankların aktivlər üzrə ayırdığı xüsusi ehtiyatlar 322,99 mln-a çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 dəfə daha çoxdur.