Taksit kartlar sizi ac qoymaz | Banco.az

Taksit kartlar sizi ac qoymaz

Hamımızın elə vaxtı olur ki, cibimizdə olan son qəpiyi xərcləmiş oluruq. Ürəyimizdən isə dadlı yemək keçir. Və ya təsadüfən qarşılaşdığımız keçmiş bir dostumuzu ən azından çaya qonaq etmək istəyirik. 

Məhz belə hallarda, nağd pulun tükəndiyi, arzuların isə tükənmədiyi vaxtlarda taksit kartlar köməyinizə çatar.

Həmçinin taksit kartların köməyindən istifadə edib, sevdiyiniz xanımı şəhərin ən gözəl restoranlarından birində romantik şam yeməyinə dəvət edə bilərsiniz. Taksit kartlar bazara təzə daxil olanda, onlar ilə yalnız partnyor restoranlar şəbəkəsində nahar etmək olurdusa indi bu maneə də aradan qalxıb.

Əksər taksit kartların keçərli olduğu restoranlar sırasında isə Mado, Agüloğlu, Sultan Ahmet Köftecisi, Sultan, Sultans, Pak-Dad, Cafe Bar, ExpressBar,  Villa Pizza, Anadolu restoranını və s misal göstərmək olar.

Əsasən diqqət edin ki, daxil olduğunuz restoranda pos-terminal fəaliyyət göstərsin və MasterCard ilə dəstəklənsin.

Qeyd etmək istərdik ki, əgər Bolkart ilə partnyor olmayan restoranda nahar etmisinizsə, kart vasitəsi ilə ödəniş etdikdən sonra, həmin çeki mütləq özünüzdə saxlayın. Sizə sms-lə gələn gələn kodu 8145-ə göndərərək 3-6 aylıq taksit seçmək imkanınız vardır. Həmçinin növbəti ayın 1-dən 10-a qədər həmin vəsaiti faiz hesabalanmadan da geri ödəyə bilərsiniz. 

Partnyorlar ilə tanış olmaq üçün isə müvafiq linkdən istifadə edə bilərsiniz.

Albali.az saytında kartın partnyor olduöu restoran və kafelərin adlarına baxdıqda, onların sayının 40-a yaxın olduğunu görürük. Amma qeyd etdiyimiz ki, indi Albalı Plus ilə partnyor olmayan restoranlarda da rahatlıqla “kəmərinizin altını bərkidə” bilərsiniz.  Grace Period-u olan Albalı kart növündən istifadə etməklə siz həmin məbləği növbəti ayın 10-a qədər faiz geri ödəyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Partnyorlar ilə tanış olmaq üçün isə müvafiq linkdən istifadə edə bilərsiniz.

Worldcard ilə özünüzə qonaqlıq verə biləcəyiniz məkanların sayı daha çoxdur. Worldcard-ın rəsmi saytında partnyorlar sırasında, restoranlar kateqoriyasında 78 restoranın adı öz əksini tapmışdır. Bankdan saytımıza verilən məlumatda isə kartdan istifadə edə biləcəyiniz kafe və restoran sayının 160-a yaxın olduğu bildirilir.

Həmin restoranlarda Worldcard –dan yararlanaraq, 1-10% bal da qazana bilərsiniz. Təbii ki, Mastercard ilə dəstəklənən Worldcard-ın da bütün dünyada keçərli olduğunu unutmayaq.

Bugünlük bəhs edəcəyimiz sonuncu kart isə Həzz Kartdır. Həzz Kart MasterCard ilə dəstəklənmir. Həzz Kartın keçərli olduğun restoranların sayı isə 25-ə yaxındır. Onlar ilə burada tanış ola bilərsiniz