Apple, bazar dəyəri 700 milyard dollara qədər qalxan ilk şirkət oldu.
Texnologiya divası olan Apple, rekordlarına daha bir yenisini əlavə etdi. Financial Times-da verilən bir xəbərə görə texnologiya nəhəngi olan Apple-nin bazar dəyəri iPhone 6 satışları və şirkətin Çin potensialı səbəbi ilə 700 milyard dollara qalxdı. Apple bu yol ilə bazar dəyəri 700 milyard dolları aşan ilk şirkət oldu. 700 milyard dollarlıq bazar dəyəri, hal-hazırda dünyada 19 ölkənin iqtisadi böyüklüyünü geridə qoyur.
Apple şirkətinin hissəsi bu il 60% -ə yaxın dəyərləndirildi. Şirkətin hissəsi hal-hazırda 120 dollara yaxın bir səviyyədə əməliyyat görür. Bunda yeni telefonların böyük təsiri oldu. iPhone 6 modelləri təqdim edilməmişdən əvvəl, şirkətin hissəsi yayın əvvəlində 100 dollar səviyyəsindən əməliyyat görürdü.
Texnologiya nəhəngi keçən ay, üçüncü rübdə 39,3 milyon ədəd iPhone satdığını açıqladı. Apple CEO-su Tim Cook, mövzuyla əlaqədar verdiyi açıqlamada, "İndiki məqamda istehsal etdiyimiz hər şeyi satırıq" dedi.
Bildirmək istədik ki, Microsoft və Google-nin bazar dəyəri isə 400 milyard dollar səviyyəsindədir.