Bizimkilər xaricdə nə qədər pul xərcləyir? | Banco.az

Bizimkilər xaricdə nə qədər pul xərcləyir?

Hər il vətəndaşlarımız şopinqlərə 3 milyarddan çox pul xərcləyirlər.

 

Sən demə vətəndaşlarımız xarici ölkələrdə alış-verişə milyardlarla manat pul xərcləyirlər.Buna səbəbi nədir?

Xaricə istənilən məqsədlə gedən azərbaycanlı orda mütləq alış-veriş edir. Ya paltar alır, ya texnikada ya da müxtəlif hədiyyəlik əşyalar. Xaricə gedən turistlərin sayını və onların xərcləyəcəyi məbləği orta hesabla nəzərə alsaq Azərbaycan vətəndaşlarının il xaricdə 3 milyard dollardan çox xərclədiyini demək olar.

Bəzən turistlərin yalnız şoppinq məqsədi ilə xaricə gedirlər. Hətta turizm şirkətlərinin xidmətlər siyahısında "Şoppinq turlar" da yer alır.

Ən sərfəli kredit üçün müraciət et

Şopinq turlar daha çox qış aylarında Dubayda, yay aylarında isə İstanbul və Milanda təşkil olunur. Qiymətlərdə 50, 60 hətta bəzən 90 faiz endirim olur. Hətta xarici tur şirkətlər belə hotel qiymətlərində həmin vaxtlarda müəyyən endirim kampaniyaları həyata keçirirlər.

İqtisadçılar turistlərin xaricdə alış verişə üstünlük verməklərinin səbəbini xarici ölkələrdəki qiymət ucuzluğu ilə əlaqələndiriblər.

Turistlər Türkiyə və və Avropa ölkələrindən daha çox geyim, Birləşmiş Ərəb Əmirliyindən isə texnika almağa üstünlük verirlər. Bunun səbəbi ordakı malların keyfiyyəti ilə bağlıdır.4