Aktuari olmaq istəyənlərin nəzərinə! | Banco.az

Aktuari olmaq istəyənlərin nəzərinə!

Aktuari şəhadətnaməsi almaq istəyən şəxslərin nəzərinə !

 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-3.2-ci maddəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq istəyən şəxs sığorta nəzarəti orqanında attestasiyadan keçməlidir.

Attestasiya sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələ aktuari şəhadətnaməsi almaq istəyən şəxsin sığorta qanunvericiliyində nəzərdə tutulmuş tələblərə cavab verməsini təsdiq edən sənədlərin təqdim edilməsi və onlara sığorta nəzarəti orqanında baxılmasından, ikinci mərhələ isə təqdim olunan test tapşırıqlarının cavablandırılmasından ibarətdir.
Test imtahanının keçirilməsinə 3 saat vaxt ayrılacaqdır. İmtahan yazılı şəkildə keçiriləcək və iştirakçıların hər birinə ümumilkdə 100 balla qiymətləndirilən test tapşırıqları təqdim ediləcəkdir. İştirakçı ən azı 70 (yetmiş) bal topladıqda attestasiyadan keçmiş hesab olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Test imtahanına hazırlaşmaq üçün sığorta nəzarəti orqanı tərəfindən imtahan suallarının aid olduğu mövzuların və istifadə ediləcək ədəbiyyatların siyahısı hazırlanmışdır. Mövzular beynəlxalq sığorta təcrübəsinə və respublikamızda keçirilən aktuar kurslarının materiallarına əsasən tərtib olunmuşdur. Attestasiyada iştirak etmək istəyən şəxslərin test imtahanına hazırlaşması zəruridir. Attestasiyanın keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcəkdir.

Azərbaycan Respublikasında aktuarilər üçün şəhadətnamə imtahanının proqramı