Rəşad Orucovdan prosessinq mərkəzləri ilə bağlı açıqlama | Banco.az

Rəşad Orucovdan prosessinq mərkəzləri ilə bağlı açıqlama

“Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzləri öz aralarında inteqrasiya olunacaq. Bunun üzərində iş gedir və yaxın vaxtlarda tamamlanacaq”.

Banco.az-ın verdiyi məlumata əsasən, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov jurnalistlərə açıqlamasında deyib.

R. Orucov qeyd edib ki, bundan sonra Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzləri hansısa kənar platformanın üzərindən əməliyyatların aparılmasına ehtiyac olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

“Gələn il bununla bağlı işlər tamamlanacaq. Bu, ilk növbədə ona imkan verəcək ki, tam əməliyyatların maya dəyəri azalsın. Bu, kart əməliyyatlarında xərcləri azaltmağa imkan verəcək. Azərbaycan prosessinq şirkətləri öz aralarında inteqrasiya olunarsa, kənar platforma üzərindən aparılan əməliyyatlar zamanı çəkdikləri xərclər azala bilər", - deyə baş direktor qeeyd edib.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et