Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədəki dövlət banklarının sayı 2-yə çatıb. Səhmlərinin 50%-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən alınan Bank bundan sonra dövlət bankı hesab olunacaq. Ümumilikdə isə bankların cəmi sayı 44-dür və onlardan 42-i kommersiya bankıdır.
Hal-hazırda Azər Türk Bankın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniya-dır(4.00%) .
Xatırladaq ki, bu vaxta qədər yalnız Azərbaycan Beynəlxalq Bankı dövlət bankı hesab olunurdu.
Bankın nizamnamə kapitalı 12.242.908,00 AZN;
Məcmu kapital 17,294,472.72 AZN təşkil edir.