1 oktyabr 2014-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 2,543 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 5% çoxdur.
Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Oktyabrın 1-nə Bakıda 1 440 (artım 5,4%), regionlarda 1 103 ədəd bankomat (artım 4,5%) quraşdırılıb.
2014-cü ilin yanvar-sentyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Xüsusilə oktyabr ayının əvvəlinə onların sayı 58,609 min ədəd (artım 76,1%) təşkil edib.
Bununla yanaşı, Bakıda 40,165 min ədəd (artım 38,8%), regionlarda 18,444 min ədəd (artım 4,2 dəfə) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 57,185 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,6%-i quraşdırılıb.
“İnterfaks-Azərbaycan”