Parabank ASC işçi axtarışındadır
İş elanını Banco.az portalı olaraq, diqqətinizə çatdırırıq:
Namizədə tələblər:
- Humanitar və ya iqtisadi sahədə ali təhsilin olması;
- Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanıb katiblik işinin təşkilini təcrübədə tətbiq etmək bacarığı;
- Kargüzarlıq işini bilməsi;
- Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktlarının bilməsi;
- Bankdaxili sənəd dövriyyəsi üzrə işin düzgün aparılması;
- Bu sahədə üç illik iş təcrübəsinin olması;
İş barədə məlumat:
- Katibliyin işini qanunvericiliyə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin etmək;
- Kargüzarlıq işinində rəhbərliyi həyata keçirmək;
- Struktur bölmələrində kargüzarlığın aparılmasına nəzarət etmək;
- Kargüzarlıq və daxili normativ sənədlərin hazırlanması işlərində İSO standartlarını tətbiq etmək;
- Bankın bütün iclaslarının, görüş, tplantı və s. təşkilinə və reqlamentə uyğun aparılmasına, protokollaşdırılmasına rəhbərlik və nəzarət etmək;
- Sənədlər dövriyyəsinin icrasının düzgünlüyünə nəzarət etmək;
- Sənədlərin vaxtında və keyfiyyətli icrasına nəzarət etmək;
- Sənəd dövriyyəsinin idarə edilməsinə nəzarəti təmin etmək;
- Arxiv işinin təşkilinə, sənədlərin saxlanılması və onlardan istifadə edilməsinə rəhbərliyi həyata keçirmək;
CV-ləri katiblik müdir mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:http://banco.az/az/jobs