Daha bir şirkətə broker-diler lisenziyası verildi | Banco.az

Daha bir şirkətə broker-diler lisenziyası verildi

29 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Xalq Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.