Ötən ilin sentyabr ayı ilə müqayisədə Bankın məcmu kapitalı 79% artıb. Söhbət cari ilin sentyabr ayına məcmu kapitalının həcmini 55, 222 mln-a çatdıran Amrahbank-dan gedir.
Bu barədə Bankın maliyyə hesablarına istinad edən Banco.az saytı məlumat verir. Bu göstərici ilə Amrahbank Mərkəzi Bankın məcmu kapital tələbini yerinə yetirmiş hesab olunur.
Həmçinin Banco.az saytı bildirir ki, eyni dövr ilə müqayisədə Bankın müştərilərə verilən kredit portfeli 21% artaraq, 104, 569 mln-a çatmışdır. Həmin kreditlərdən 11 562 mln-u isə vaxtı keçmiş kreditlərdir. Onların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı ( 48,9%) azalmışdır.