Əgər Siz "Kapital Bank"-ın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik!
1)Monitorinq və nəzarət şöbəsinin rəisi
Öhdəliklər:
- Filialların gündəlik iş rejiminə nəzarət;
- Filialın qəbul olunmuş standartlara nə dərəcədə uyğunluğunu yoxlamaq;
- Filialın əməkdaşlarının geyim formasına, müştərilərlə davranışına, səliqələrinə və ümumiyyətlə kadrların Bankın korporativ standartlarına uyğunluğunu yoxlamaq;
- KPİ-a düzgün əməl olunmasına nəzarət (planların icrasına və s.);
- Filialda əməliyyat riski yarada biləcək və insan faktoru ilə bağlı olan prosedurların yoxlanması;
- Mərkəzi Bankın filiallarla bağlı tələblərinə əməl olunmasının yoxlanması;
- Digər nəzarət funksiyalı (Risk, Komplayns və s.) departamentlərlə əlaqəli iş, onların təyin etdiyi risklərə, səhvlərə bir daha yol verilməməsi üçün nəzarət sisteminə filiallar tərəfindən əməl olunmasına çalışmaq və s.
Tələblər:
- Ali iqtisadi və ya hüquq təhsili;
- Filial sahəsində minimum 5 il təcrübə;
- Bank qanunvericiliyinə bələdlik;
- Monitorinq üzrə iş təcrübəsi;
- Filialdaxili proseslər haqqında məlumatlılıq;
- MS Office-dən istifadə bacarığı;
- Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dillərini bilən namizədlərə üstünlük verilir);
- Regionlara ezamiyyətə gedə bilmək imkanı;
- Xüsusi bacarıqlar:
- Çeviklik və ünsiyyətcillik;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komanda işini bilmək.
Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur CV-nizi "Monitorinq və nəzarət şöbəsi” qeydi ilə [email protected] ünvanına göndərəsiniz.
2)Strateji layihələr departamentinin layihə administratoru
Öhdəliklər:
- Layihə sənədlərinin hazırlaması;
- Layihə üzrə planlaşdırma işlərinin aparılması;
- Layihədə iştirak edən tərəflər arasında koordinasiyanın təşkili;
- Layihə iştirakçıları ilə görüşlərin keçirilməsi;
- Layihə gedişi üzrə hesabatların hazırlanması.
Tələblər:
- Ali iqtisadi və ya texniki təhsil;
- Müvafiq sahədə ən azı 1 il təcrübə;
- MS Office, xüsusilə MS Word, Excel proqramları üzrə dərin biliklər;
- Ünsiyyətcillik;
- Pozitiv dünyagörüş;
- Öz fikrini düzgün ifadə etmək bacarığı;
- Komandada işləmə qabiliyyəti;
- Mükəmməl Azərbaycan və rus dilləri, istifadə dərəcəsində İngilis dili biliyi;
- Nəzarətdə səliqəlilik;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirmə meyli.
Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "Layihə administratoru” qeydilə [email protected] ünvanına göndərəsiniz.
3)Maliyyə menecmenti departamentinin maliyyə analitiki
Öhdəliklər:
- Maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə göstəricilərinin analizi
Tələblər:
- Ali iqtisadi və ya riyazi təhsil;
- ACCA və ya CFA üzrə biliklər (statistic biliklər arzuolunandır);
- Güclü analitik qabiliyyət və riyazi təfəkkür;
- Problemləri həlletmə bacarığı;
- MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər;
- Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində ingilis və rus dili bilikləri;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirmə meyli.
Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "Maliyyə analitiki” qeydi ilə [email protected] ünvanına göndərəsiniz.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs