Əhalinin gəlirləri 5,4% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Əhalinin gəlirləri 5,4% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 27,2 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 4,0% artıb. Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,1%-i son istehlak xərclərinə, 11,8%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,1%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,9% çox vəsait qalıb. 

SİA