Pulsuz kartlar təqdim edən bankların reytinqi | Banco.az

Pulsuz kartlar təqdim edən bankların reytinqi

Kommersiya bankları tərəfindən təklif olunan plastik kartlar üzrə əsasən müddətindən asılı olaraq komissyon haqları müəyyən olunmuşdur. Lakin bir sıra banklar bəzi debet kartlarını pulsuz olaraq müştərilərinin imtiyazına verirlər. Bu zaman ilkin mədaxil və ya sığorta məbləği tələb oluna bilər. 

Həmçinin bax: Hansı bankların kartlarını pulsuz əldə etmək olar? - YENİ 2022

İlkin mədaxil məbləği dedikdə müştərinin kartı əldə edərkən karta yatırmalı olduğu məbləğ nəzərdə tutulur ki, bu məcburi xarakter daşıyır. Lakin həmin məbləğ müştərinin sərəncamında olacaqdır və ondan istədiyi an istifadə edə biləcəkdir.

Bəzi banklar isə sığorta məbləği müəyyən edir ki, bu məbləğ məcburi xarakter daşımır. Lakin karta nə vaxtsa pul yükləndikdə, müştəri yalnız sığorta məbləği çıxıldıqdan sonra qalan vəsaiti istifadə edə biləcəkdir. Digər tərəfdən isə kartın istifadə müddəti bitdikdən sonra müştəri sığorta məbləğini götürə biləcəkdir.

  1. Bank Respublika statusundan asılı olmayaraq 11 növdə pulsuz kart təqdim edən yeganə bank kimi birinci yerdə qərarlaşmışdır. Bankdan debet kartları həm onlayn şəkildə, həm də ofisə yaxınlaşaraq sifariş edə bilərsiniz. Kartı götürdükdə kartın növlərindən asılı olaraq karta pul yatırmağınız (ilkin mədaxil) tələb olunur. Sığorta məbləği kimi tələblər olmadığından karta qoyulan vəsait tamamilə sizə aiddir və istədiyiniz vaxt nağd və nağdsız formadan istifadə edə bilərsiniz.
  2. DəmirBank “Pulsuz kart” kampaniyası daxilində 8 növdə pulsuz kart təklif edir. DəmirBank tərəfindən təklif olunan debet kartları daha geniş valyuta müxtəlifliyi ilə seçilirlər.
  3. Bank Avrasiya yalnız 2 illik kartlar pulsuz olaraq müştərilərin seçiminə buraxılmışdır ki, onların da sayı 6-a bərabərdir. Xidmət haqqı 3 il olan kartlar isə pulludur.
  4. Expressbank növdə VİP kartlarını müştərilərinə pulsuz olaraq təqdim edir. SMS məlumatlandırma xidməti pusuzdur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.
  5. Unibank-dan MasterCard Standard və Visa Classic debet kartlarını həm pulsuz, həm ödəniş edərək əldə bilərsiniz. Belə ki, bu zaman sizə iki seçim imkanı verilir. Əgər pulsuz olaraq əldə etmək istəsəniz, karta qoyacağınız məbləğin 50 AZN/USD/EUR/GBP hissəsi sığorta depoziti kimi ayrılacaqdır. Siz bu məbləği ancaq kartın istifadə müddəti bitdiyi zaman götürə biləcəksiniz. Digər halda isə, yəni əgər siz kartı müddətindən asılı olaraq xidmət haqqı ödəyərək əldə etmək istəsəniz, sığorta depozitindən azad olunursunuz. Lakin hər iki halda ilkin mədaxil məbləği kimi tələb irəli sürülmür. Onu da qeyd edək ki, Britaniya Funt Sterlinqində yalnız VİSA kartları sifariş verilir.  
  6. Rabitəbank tərəfindən təklif olunan Kartmane bir sıra üstünlüklərə malikdir. Belə ki, siz nəinki kartdan ödəniş vasitəsi kimi istifadə edə biləcəksiniz, həm də qoyduğunuz vəsaitə faizlər gündəlik olaraq əlavə ediləcəkdir. Siz hər zaman topladığınız pulu yığım kartınızdan heç bir komisyon haqqı tutulmadan hesablanmış faizlərlə birlikdə çıxara bilərsiniz və ya digər kartlarda olduğu kimi dünyanın istənilən ölkəsində ödənişlər zamanı istifadə edə bilərsiniz.
  7. Nikoil Bank tərəfindən təklif olunan pulsuz kartlar MasterCard Standart və ya MasterCard Gold tipli debet kartıdır. Bu kartlardan nağd pul çıxarılması üçün komissiya faiz dərəcəsi şəklində deyil, sabit məbləğ həcmində tutulur.
  8. Parabank Xeyriyyə Kartı adlı pulsuz kartlar istifadəyə vermişdir. Kartların istifadə müdddəti 3 ildir.

Onu da qeyd etmək lazımdır ki, kartların pulsuz olaraq təqdim olunması hələ onların sərfəli, yəni ucuz olduğu anlamına gəlmir. Belə ki, bu zaman ilkin mədaxil və sığorta məbləğini də nəzərə almaq lazımdır. Bu məqalədə isə ancaq xidmət haqqı olmayan debet kartları nəzərdən keçirilmişdir. Bununla yanaşı, hər hansı məhsul və xidmətdən istifadə etdiyiniz zaman hədiyyə və ya pulsuz olaraq verilən kartlar da mövcuddur ki, məqalədə həmin kartlar yer almamışdır. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et