7-ci Mikromaliyyə konfransı start götürdü | Banco.az

7-ci Mikromaliyyə konfransı start götürdü

Bu gün Azərbaycan Mikro Maliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, artıq ənənə halını almış 7-ci Mikro Maliyyə konfransı öz işinə başladı.

Konfransın əsas mövzusu: Maliyyə əhatəliliyin dəstəkləyən innovastiv praktikalar: Təcrübələrin öyrənilməsi.

Tədbirin açılış nitqində AMFA-nın baş icraçı direktoru xanım Jalə Hacıyeva, təşkilatın sədri cənab Süleyman Kələşov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri cənab Ziyad Səmədzadə, Azərbaycan Sahibkarlar konfederasiyasının  sədri Məmməd Musayev və Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri cənab Olli  Norojona çıxış etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Çıxışlar keçirilən konfransın və mikro maliyyələşdirmənin əhəmiyyətindən, Azərbaycanda bu sahədə mövcud vəziyyət, gələcək perspektivlərdən, həmçinin mikro maliyyələşmənin yoxsulluğun aradan qaldırılması baxımından nə kimi əhəmiyyət daşımasından danışdılar.  Hal-hazırda bankların bu sektorda aktivləşməsi və rəqabətin artması ilə  insanların mikromaliyyə xidmətlərinə daha sərfəli şərtlərlə çıxışını təmin edəcəyini qeyd etdilər. 

Ən sərfəli krediti almaq üçün müraciət et