Azərbaycan əhalisinin banklarda 7 milyard manat pulu var | Banco.az

Azərbaycan əhalisinin banklarda 7 milyard manat pulu var

Orta faiz dərəcəsi 8% təşkil edib.

Sentyabrın 1-nə Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmi 6 milyard 992,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, Azərbaycan üzrə cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 8% təşkil edib.

Əmanətlərin ən böyük hissəsi Bakının payına düşüb. Onların həcmi 6 milyard 441 milyon manat (orta faiz dərəcəsi - 8%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

“Abşeron iqtisadi rayonu – 167,9 milyon manat (8,6%), Aran – 169,9 milyon manat (7,2%), Dağlıq Şirvan – 16,3 milyon manat (5,9%), Gəncə-Qazax – 65,4 milyon manat (5,7%), Quba-Xaçmaz – 21,5 milyon manat (6,3%), Lənkəran – 45,5 milyon manat (7,3%), Şəki-Zaqatala – 23,4 milyon manat (5,5%), Yuxarı Qarabağ – 13,7 milyon manat (3,9%), Kəlbəcər-Laçın – 7,5 milyon manat (4,8%), Naxçıvan – 20,6 milyon manat (4,2%)”, - məlumatda deyilir.

Qeyd edək ki, əmanətlərin 63,5%-i milli valyutada, 36,5%-i isə xarici valyutada banklarda yerləşdirilib.

Oxu.Az

Ən sərfəli krediti almaq üçün müraciət et