Azərbaycanda pul göndərilən ölkələr siyahısında Rusiya önəmli yer tutur. Bu isə Rusiyada yaşayan azərbaycanlıların çoxluğu ilə izah oluna bilər. Pul köçürməsi zamanı əsas diqqət yetirilən məqam komissyon haqlarının, yəni xərclərin az çıxmasıdır. Bəs Rusiyaya pul köçürərkən ən sərfəli komissyon haqları təklif edən sistem hansıdır?
Pul köçürmə sistemlərinin tariflərini müqayisə etdikdə aydın olur ki, Rusiyaya pul köçürməsi Zolotoya Korona, İBA Express, Contact və Lider pul köçürmə sistemləri ilə ən ucuza başa gəlir.
Sistemin adı | Maksimal məbləğ | Xidmət haqqı |
Zolotoya Korona | 20 000 USD | 1% |
Lider | 20 000 USD | 1% |
Contact | 20 000 USD | 1% |
İBA-Express | 20 000 USD | 1% |
Caspian Money Transfer | - | 1% |
Yuxarıda adları çəkilən pul köçürmələrini bir sıra banklar təklif edir. Əvvəlcə Zolotoya Korona pul köçürməsi haqqında məlumatları diqqətinizə çatdıraq.
"Zolotoya Korona" pul köçürmə sistemi Rusiya və digər MDB ölkələrinə ən aşağı komissyon haqları təklif edən sistemlərdəndir. Pulu göndərmək üçün yalnız ölkə və şəhərin adını demək kifayət edir. Pulu alan şəxs isə ona hansı məntəqənin daha rahat olmasından asılı olaraq pulu götürə bilər. Pul köçürmə əməliyyatının statusu haqqında məlumatı isə həm SMS-xəbərdarlıq vasitəsilə, həm də www.perevod-korona.com saytına daxil olaraq əldə edə bilərsiniz. Pulu alan şəxs isə yalnız şəxsiyyəti təsdiq edən sənədlə banka müraciət edərək, göndərilən məbləği və köçürmə nömrəsini deməklə pulu ala bilər. Zolotoya Korona pul köçürmə sistemi Parabank, AFB Bank, Amrahbank, ASB, Azərbaycan Kredit Bankı, BTB Bank, TuranBank, Dekabank, Nikoil Bank, Günay Bank, GəncəBank,Bank VTB Azərbaycan, Bank of Azerbaijan və Azər-Türk Bank kimi banklar tərəfindən təklif edilir.
Rusiya | MDB ölkələri | |
Xidmət | 1% (max.2000 RUR, 65 USD, 50 EUR) | 1.5% |
Azərbaycanın demək olar ki, əksər bankları Contact və Lider pul köçürmə sistemləri ilə köçürmələr həyata keçirsə də, komissyon haqlarında fərqlilik müşahidə edilir. Bu səbəbdən diqqətinizə ancaq ən aşağı komissyon haqları ilə Rusiyaya pul köçürmələrini həyata keçirən bankları təqdim edirik. Məlumatlar bankların saytında yerləşdirilən informasiyaya əsasən toplanmışdır.
Lider (leadermt.ru) vasitəsilə göndərilən pulu almaq istədikdə, şəxs şəxsiyyət vəsiqəsini təqdim etməli, pul vəsaitini göndərən şəxsin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini, köçürməni göndərən şəxsin yaşadığı şəhərin və ölkənin adını bankın müştəri xidmətlərinin əməkdaşına bildirməlidir. Lider pul köçürmə sistemini 1%-lə təklif edən banklara daxildir: Bank of Baku, Azərbaycan Beynəlxalq Bankı, DəmirBank, Unibank, Expressbank, Rabitəbank, Xalq Bank, AGBank və AtaBank
Məbləğ, USD/EUR | Məbləğ, RUR | Xidmət haqqı |
0-9 000 | 0-250 000 | 1% |
9 000.01-20 000 | 250 000.01-590 000 | 90 USD/EUR, 2 500 RUR |
İBA Express Azərbaycan Beynəlxalq Bankı və onun törəmə şirkəti olan "MBA-Moskva" bankı tərəfindən yaradılan pul köçürmə sistemidir. Pul göndərildikdən təxminən 15-20 dəqiqə sonra çatmış olur. Köçürmə əsasən Azərbaycan, Rusiya, Gürcüstan, Tacikistan kimi ölkələrə həyata keçirilir. Azərbaycanda İBA-Express pul köçürmələri Azərbaycan Beynəlxalq Bankı, Rabitəbank, TuranBank, Bank Technique və AGBank təklif edir.
Məbləğ, USD | Məbləğ, EUR | Məbləğ, RUR | Xidmət haqqı |
0.99-a qədər | 0.99-a qədər | 50-ə qədər | köçürmə aparılmır |
1-300 | 1-300 | 51-9 000 | 3 USD/EUR,90 RUR |
301-20 000 | 301-15 000 | 9 001-590 000 | 1% |
20 000-dən yuxarı | 15 000-dən yuxarı | 590 000-dən yuxarı | köçürmə aparılmır |
2006-cı ildə ilk Azərbaycan beynəlxalq pul köçürmə sistemi olan "Caspian Money Transfer"i "Zaminbank" ASC tərəfindən yaradılmışdır. CMT sisteminə Azərbaycanın aparıcı bankları qoşulmuşdurlar, həmçinin Rusiyanın, Gürcüstanın, Moldovanın, Ukraynanın, Tacikistanın, Özbəkistanın, Qırğizstanın, Türkiyənin və BƏƏ (Dubay) banklarıda qoşulublar. CMT sistemi Paydek, RIa, Intel Express, Faster, Avers, Zolotaya Korona və Lider pul köçürmə sistemləri ilə inteqrasiya olunaraq, müştərilərə dünyanın istənilən ölkəsinə pul köçürmək imkanı yaratmışdır.
Contact (www.contact-sys.com) pul köçürmə sistemi Azərbaycanın 31-ə yaxın bankı tərəfindən təklif edilir. Lakin onlardan yalnız bir neçəsində komissyon haqları 1% olaraq müəyyən edilmişdir. Həmin banklara AGBank, Bank of Baku, Bank Avrasiya, Bank Technique, Xalq Bank və AtaBank daxildir. Digər banklarda Rusiyaya pul köçürmələri isə 1.5% kimi göstərilmişdir.