ABŞ liderliyini qoruyub saxlayacaq | Banco.az

ABŞ liderliyini qoruyub saxlayacaq

Bloomberg agentliyi Bank of Amerika  şirkətinin hesabatına əsasən xəbər verib ki, ABŞ 2014-cü ildə Səudiyyə Ərəbistanı və Rusiyanı qabaqlayaraq neft hasilatında dünyanın aparıcı dövləti statusunu qoruyub saxlayacaq.

Bankın məlumatına görə, ABŞ-da neft və təbii qazdan alınan digər maye karbohidrogenlərin istehsalı bu il gündə 11 milyon barel təşkil edəcək. Bununla belə, ABŞ hələ də gündə 7.5 milyon barel neft idxal etməydə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ 2010-cu ildə qazın ən böyük istehsalçısı oldu. Bu ilin iyununda isə Beynəlxalq Enerji Agentliyi ilk dəfə olaraq ABŞ-ı neft hasilatında dünya lideri adlandırıb.

Bankın proqnozlarına görə,2019-cu ildə ABŞ neft hasilatı 13.1 milyon barelə çatacaq. Proqnozlaşdırılır ki, ABŞ 2030-dək aparıcı neft hasilatçısı olaraq qalacaq.

caspianbarrel.org