Ötən il 344 milyon manatlıq pul vəsaiti ilə bağlı əməliyyatlar yüksək riskli və şübhəli sayılıb.
Şübhəli bilinən pulların həcmi və ya keçirilən əməliyyatların sayı kəskin artıb. Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin (MMX) 2013-cü ilə dair hesabatından belə məlum olur. Monitorinq zamanı ümumi 344 milyon manatlıq vəsaitdən söhbət gedir ki, onun 230,1 milyonu yüksək riskli əməliyyatlar, 113,9 milyon manatı isə şübhəli əməliyyatlar hesab olunur.
Halbuki, 2012-ci ilə dair hesabatda bu rəqəmlər ümumi olaraq 30 milyon manat, o cümlədən 2010-2012-ci illər ərzində isə cəmi 60 milyon manata yaxın olub. Belə aydın olur ki, bir il ərzində yüksək riskli və şübhəli əməliyyatların həcmi on dəfədən çox artıb.
Xidmətə göndərilən məlumatların həcmi əvvəlki illə müqayisədə 23,4 faiz artaraq 328853-ə çatıb. Hesabat dövründə monitorinq subyektlərindən bir iş günündə orta hesabla 1364 məlumat daxil olub. Ümumilikdə, 2011-2013-cü illər ərzində çirkli pulların yuyulmasında şübhəli bilinən 838005 əməliyyat barədə məlumat daxil olub ki, onun da 92,7 faizi cari, 7,2 faizi yüksək riskli, 0,2 faizini isə şübhəli əməliyyatlar təşkil edib.
Eyni zamanda məlumatların 52 faizini fiziki şəxslər, 48 faizini isə hüquqi şəxslər tərəfindən aparılmış əməliyyatlar təşkil edib.
Qeyd edək ki:
- Cari əməliyyatlar dedikdə- 20 000 AZN və daha artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar.
- Yüksək riskli əməliyyatlar - Müştərinin öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhəli olan əməliyyatlar,
- Şübhəli əməliyyatlar isə - pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi
Hesabatdan məlum olur ki, 2013-cü ildə MMX-ya daxil olmuş məlumatların əsas hissəsini 20 min manat və daha artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar təşkil edib.
2012-ci ilə nisbətən 2013-cü ildə cari əməliyyatlar 25 faiz, şübhəli əməliyyatlar 19 faiz, yüksək riskli əməliyyatlar isə 4 faiz artıb.
İntervallar- manat |
Cari əməliyyatlar |
Yüksək riskli əməliyyatlar |
Şübhəli əməliyyatlar |
Bütün əməliyyatlar |
0-5000 |
0 % |
86,5 % |
42,8 % |
14,3 % |
50001-10000 |
0 % |
4,2 % |
6,8 % |
1,2 % |
10001-20000 |
6,1 % |
2,9 % |
13,9 % |
4,8% |
20001-100 min |
74,7 % |
5,9 % |
10,7 % |
63,2 % |
100 min- 1 milyon |
17,4 % |
1,3 % |
19,3 % |
14,9 % |
1 milyon |
1,9 % |
0,1 % |
6,6 % |
1,6 % |
Bizimyol.info