Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının Müşahidə Şurasının 22 sentyabr 2014-cü il tarixli qərarı ilə İdarə Heyətinin sədri Səlim Krimanın tutduğu vəzifədən azad edilməsi barədə müraciəti təmin edilib və o, tutduğu vəzifədən azad edilib.
Bu barədə Trend-ə bankın məlumat xidmətindən məlumat verilib.
Həmin qərarla bankın İdarə Heyəti sədrinin səlahiyyətlərinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Samir Tofiq oğlu Rzayevə həvalə olunub.
trend.az