"Xalq Bank" işçi axtarır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Xalq Bank" işçi axtarır

“Xalq  Bank” İnformasiya texnologiyaları İdarəsinin şəbəkə infrastrukturu şöbəsinin Bankomat və POS terminallarla iş üzrə stajçı mütəxəssisi/ baş mütəxəssisi vəzifəsinə işçi axtarır. İş yeri Bakı şəhərində olacaqdır. Uyğun namizədlər  vakansiya ilə bağlı müraciət edə bilərlər.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilmək arzuolunandır);
• Xüsusi bank avadanlıqları, o cümlədən, bankomat və POS-terminallarla, Cisco istehsalı olan marşrutizator və kommutatorlarla iş təcrübəsi arzuolunandır;
• TCP/İP və OSİ modelleri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri haqqında fundamental biliklər;
•  Cisco sertifikatların mövcudluğu (CCENT və ya CCNA arzuolunandır);
• Korporativ infrastruktur, o cümlədən, şəbəkəyə qoşulma, İnternet rabitəsi, elektron poçtla əlaqəli məsələlərlə məlumatlı olmaq;
• Korporativ qlobal şəbəkənin idarə olunması ilə bağlı məsələlərlə  məlumatlı olmaq;
• Sürücülük vəsiqəsi ;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İŞİN TƏSVİRİ:
• Bankomatlarla iş, Wincor, NCR tipli bankomatların texniki təminatı;
• Avadanlıqlarda olan nasazlıqların aradan qaldırılması;
• Modul və periferik avadanlıqların profilaktikası və dəyişdirilməsi;
• Mütəmadi olaraq sistem və şəbəkə elementlərinin fəaliyyətinə nəzarət edilməsi ; 
• İnfrastruktur təhlükəsizliyinə və prinsiplərinə əməl edilməsi.

İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə

Əmək haqqı: (1280 AZN-dən 2980 AZN-dək)

Əlaqə vasitələri : 
E - mail :  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34