Rabitəbankın baş direktoru Ziya Nuriyev ilə müsahibə
- Zəhmət olmasa özünüzü təqdim edin.
Nuriyev Ziya, 1 iyun 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Məktəbi Bakı şəhərində oxumuşam. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinə qəbul olmuşam. Daha sonra isə, qiyabi təhsilə keçərək 2006-2009-cu illərdə İngiltərənin Bristol Universitetində Economics and Management ixtisası üzrə bakalavr təhsilimi davam etdirmişəm. Bakalavr təhsilimi bitirdikdən sonra 1 il həqiqi hərbi xidmətə çağrılmışam və daha sonra Sürixdə UIBS universitetinin Global Banking and Financial Markets ixtisası üzrə magistratura təhsili almışam.
Bankda ilk dəfə hansı vəzifədə işə başlamısınız?
Bankda ilk dəfə Əməliyyat Şöbəsində praktika keçmişəm və daha sonra Marketinq Departamentində çalışmışam.
Sizi Rabitəbankla birləşdirən dəyər nədir?
Səmimilik və komanda ruhu
Həyatınızda bir mütəxəssis kimi formalaşmağınıza öz təsirini göstərən bir hadisə olub?
İngiltərədəki təhsilimin həyatımda həm bir mütəxəssis kimi formalaşmağımda, həm də həyat təcrübəmin genişlənməsində çox böyük rolu olmuşdur. İlkin iqtisadi, finans və korportativ idarəetmə bacarıqlarımı məhz orada əldə etmişəm. Eyni zamanda Rabitəbankdakı komanda ilə bu uzun illər ərzində çalişmağım mənim universitet biliklərimi praktikada tətbiq etməyə və daha da zənginləşdirməyə kömək edib.
İşdən əlavə nə ilə məşğul olmağı sevirsiniz?
İşdən sonra üzgüçülüklə məşğul olmaq, tennis ve squash oynamaqdan zövq alıram.
- Gənclərə karyera pilləsi ilə yüksəlmək üçün nə etməyi məsləhət görərdiniz?
Fikrimcə hər bir mütəxəssis öz üzərində daima işləməlidir ki, bu da müxtəlif nəzəri biliklərin əldə olunmasından, seminarlarda iştirak etməkdən, qloballaşan zamanda şirkətlərin uğurlu praktikaları ilə tanış olmaqdan ibarət ola bilər. Gənclər çalışmalıdırlar ki, onlara verilən tapşırıqlardan 1 pillə də olsa daha çox nəticə göstərməlidir.