2014-cü ilin iyul ayının sonunda bankların faiz gəlirləri 1,3 mlrd manat, faiz xərcləri isə 556 mln manat olmuşdur. Bu göstəricilər ötən dövrün müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 38% və 21% çoxdur.
Bankların xalis mənfəətinin azalmasına təsir edən başlıca amil xalis qeyri-faiz zərərinin (-224 mln manat) yüksək olmasıdır. Belə ki, bankların yanvar-iyul ayları ərzində qeyri-faiz gəlirləri 260 mln manat təşkil etdiyi halda, qeyri-faiz xərcləri 484 mln manat olmuşdur.
Bununla yanaşı, bankların yarana biləcək risklər üzrə ayırdığı ehtiyatların həcmində də əhəmiyyətli artım baş vermişdir. Əgər 2013-cü ilin yanvar-iyul ayı üzrə bu göstərici 66 mln manat idisə, hazırda bu göstərici 3 dəfədən də çox artaraq 220 mln manat olmuşdur.
Lakin bütün bunlara baxmayaraq bankların 2014-cü il yanvar-iyul ayları üzrə vergiyə qədərki xalis mənfəəti 279 mln manat olmuşdur ki, bu da bir il əvvəlki göstərici (218 mln manat) ilə müqayisədə 28% çoxdur.