İş hədəflərinizi necə müəyyən etməlisiniz | Banco.az

İş hədəflərinizi necə müəyyən etməlisiniz

İş həyatınızda hədəflərinizi nəyə görə təyin etməli olduğunuzu bilmirsiz? Öyrənmək üçün oxumağa davam edin! 

İnsan özünə bir çox hədəf yarada bilər. Qısa yaxud uzunmüddətli olan bu hədəflərə bəzən daha asan, bəzən isə daha çətin çatırıq, lakin buna baxmayaraq hədəflər bizi işimizdə motivasiya edir və istiqamət göstərirlər. 

Yaxşı, hədəflərinizi necə təyin etməlisiniz? Hamımızın hədəf təyin etməkdə məqsədi o hədəfə nail olmaqdır. Nəticə əldə edə bilməyəcəyi hədəflərə sahib olmaq adamın həm vaxtını, həm enerjisini boş yerə xərcləməsinə səbəb olur və düşündüyünüzdən daha çox insan bundan əziyyət çəkir. 

Bəs ağıllı hədəflərdə hansı xüsusiyyətlər olmalıdır?

  • Hədəfiniz dəqiq və aydın olmalıdır. Belə olduğu zaman işləriniz də düzgün istiqamətdə irəliləyəcək.
  • Hədəflərinizin ölçüsü olmalıdır. Sonunu təyin edə bilmədiyiniz bir hədəfin sizə necə bir faydası ola bilər ki? Əgər hədəfinizin harada başlayıb harada qurtaracağını bilmirsinizsə, irəli gedib getməməyinizi də bilməyəcəksiniz. Təbii ki bele olarsa, zamanla hədəflərinizdən uzaqlaşa bilərsiniz.
  • Hədəfiniz işlədiyiniz şirkətin məqsədi və planları ilə əlaqəli olmalıdır. 
  • Hədəfinizdə zaman limiti olmalıdır, yəni hədəfinizə başladığınız tarixi və bu hədəfə nail olacağınızı düşündüyünüz vaxtı qeyd etməlisiniz. Bu sizə işinizdə daha çox səy göstərməyinizə imkan verəcək. Son təslim tarixi bəlli olmayan hədəflər təxirə salınmağa məhkumdur. 
  • Ağıllı şirkətlər ağıllı hədəflər seçirlər. Seçilmiş hədəflərə işçilər də daxil edilməlidirlər. Ancaq əksər şirkətlər bunu etməyərək çox böyük səhvə yol açırlar. 

Dəqiq, həqiqi və aydın olmayan hədəflərin müvəffəqiyyətsizliyə düçar olduğunu ağlınızdan çıxarmayın. 

Ən sərfəli kredit üçün müraciət et