Əhali manata daha çox etibar edir | Banco.az

Əhali manata daha çox etibar edir

2014-cü il avqust ayının 1-ə olan hesabatlara əsasən regionlar üzrə depozitlərin həcmində artım baş vermişdir. Kredit qoyuluşlarında olduğu kimi cəlb edilmiş depozitlərin ümumi həcmində Bakının xüsusi çəkisi (92%) böyükdür. 01.08.2014 tarixinə ümumi cəlb edilmiş depozitlərin həcmi 69.4 mlrd manata bərabər olmuşdur. Xarici valyuta ümumi depozitlərin 36.5%-i təşkil etdiyi halda, milli valyutada cəlb edilmiş depozitlərin həcmi 44 mlrd manata bərabər olmaqla 63.5%-i təşkil edir. Depozitlərin regionlar üzrə tendensiyasına nəzər yetirdikdə, xarici valyutada depozitlərin həcmində azalma müşahidə edilir. Belə ki, 2014-cü ilin aprel ayının 1-i ilə müqayisədə xarici valyutada depozitlərin həcmi 1.66% azaldığı halda, milli valyutada bu göstərici 8% artmışdır. Xarici valyutada azalma əsasən Aran iqtisadi rayon sakinlərinin xarici valyutada olan depozitlərinin azalması hesabına (22.12%) baş vermişdir. Əksinə isə Yuxarı Qarabağ sakinlərinin xarici valyutada depozitləri ötən rüblə müqayisdə 43.07% artmışdır. 

Milli valyutada depozitlərin həcmində ən böyük artım Dağlıq Şirvan (51%), Kəlbəcər-Laçın (40.98%) və Şəki-Zaqatala (20.42%) iqtisadi rayonlarının payına düşür.

Regionlar üzrə cəlb olunmuş əmanətlər (min, manat)

Region Milli valyuta Artım tempi, % Xarici valyuta Artım tempi, %
Bakı 3991040.5 7.33% 2413448.3 -1.38%
Abşeron 116923.1 14.47% 54125.0 -1.93%
Aran 128990 17.44% 34177.8 -22.12%
Dağlıq Şirvan 15100 51.00% 3737.4 14.73%
Gəncə-Qazax 48066.6 13.06% 12272.9 3.72%
Quba-Xaçmaz 14078.2 -5.06% 2334.2 -10.96%
Lənkəran 33712.8 8.26% 8113.2 1.61%
Şəki-Zaqatala 20039.2 20.42% 3533.1 7.43%
Yuxarı Qarabağ 10253.6 11.16% 1197.8 43.07%
Kəlbəcər-Laçın 7608.9 40.98% 753.3 -3.36%
Naxçıvan 17748.7 5.71% 2780.0 12.71%
Cəmi 4403562.5 8.01% 2536472.9 -1.66%

*baza dövrü olaraq 01.04.2014 tarixi götürülmüşdür

Ən sərfəli kredit üçün müraciət et