Mərkəzi Bankın statistik məlumatlarına əsasən rəsmi valyuta ehtiyatlarının həcmində azalma baş vermişdir. Belə ki, 2014-cü il avqust ayı üzrə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 15,190 mlrd ABŞ dolları təşkil etmişdir ki, bu da iyul ayı (15,193 mlrd ABŞ dolları) ilə müqayisədə 2.5 mln dollar azdır. Buna baxmayaraq, valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1,041 mlrd dollar yəni, 7.3% artmışdır.
Qeyd edək ki, Mərkəzi Bankın əsas funksiyalarından biri beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlamaq və idarə etməkdir. Qızıl-valyuta ehtiyatlarına qızıl, digər qiymətli metallar və qiymətli daşlar;kağız və metal pul formasında sərbəst dönərli xarici valyuta; xarici dövlətlərin mərkəzi banklarının və ya digər maliyyə idarələrinin hesablarında Mərkəzi Bankın sərbəst dönərli xarici valyutada saxladığı vəsaitlər; Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları və Beynəlxalq Valyuta Fondunda ehtiyat mövqeyi; xarici dövlətlərin, mərkəzi bankların və ya beynəlxalq maliyyə təşkilatlarının buraxdığı, yaxud təminat verdiyi qiymətli borc kağızları; beynəlxalq aləmdə qəbul olunmuş digər ehtiyat aktivləri daxildir.