Ən yaxşı iqtisadiyyatlar | Banco.az

Ən yaxşı iqtisadiyyatlar

24/7 Wall Street saytı, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə rəqabət indeksini nəzərə alaraq dünyanın ən yaxşı iqtisadiyyatlarını siyahıya aldı. Siyahıda ölkələrdə adambaşına düşən milli gəlir, ölkə borcunun ÜDM-ə olan nisbəti, internetdən istifadə miqdarı ilə iş dünyasında rast gəlinən ən böyük problemlər nəzərə alındı​​.

Budur dünyanın ən yaxşı 10 iqtisadiyyatı:

1. İsveçrə

Adambaşına düşən milli gəlir 47 min dollardan çoxdur. Ölkə borcunun ÜDM-ə nisbəti 49,4%-dir.

Ölkədə internetdən istifadə dərəcəsi 86,7%, İş həyatında rast gəlinən ən böyük problem isə kifayət qədər təhsilli işçi qüvvəsinin olmamasıdır.

2. Sinqapur

Adambaşına düşən milli gəlir 64 min dollardan çoxdur. Ölkə borcunun ÜDM-ə olan nisbəti 103,8%-dir.

Ölkədə internetdən istifadə dərəcəsi 73%, İş həyatında rast gəlinən ən böyük problem ciddi məşğulluq bazarı qaydalarıdır.

3. ABŞ

Adambaşına düşən milli gəlir 54 min dollardan çoxdur. Ölkə borcunun ÜDM-ə olan nisbəti 104,5%-dir. Ölkədə internetdən istifadə dərəcəsi 84,2%, İş həyatında rast gəlinən ən böyük problem vergi dərəcələridir.

4. Finlandiya

Adambaşına düşən milli gəlir 36 min dollardan çoxdur. Ölkə borcunun ÜDM-ə olan nisbəti 57%-dir. Ölkədə internetdən istifadə dərəcəsi 91,5%-dir, iş həyatında rast gəlinən ən böyük problem vergi dərəcələridir.

5. Almaniya

Adambaşına düşən milli gəlir 40 min dollardan çoxdur. Ölkə borcunun ÜDM-ə olan nisbəti 78,1%-dir. Ölkədə internetdən istifadə dərəcəsi 89,9%, iş həyatında rast gəlinən ən böyük problem ciddi məşğulluq bazarı qaydalarıdır.

Ən sərfəli kredit üçün müraciət et

6- Yaponiya 

Adambaşına düşən milli gəlir 38 min 297 dollar. Ölkə borcunun ÜDM-ə olan nisbəti 243,2% -dir. Ölkədə internetdən istifadə dərəcəsi 86,3%-dir, iş həyatında rast gəlinən ən böyük problem isə vergi dərəcələridir. 

7- Hong Kong 

Adambaşına düşən milli gəlir 55 min 383 dollar. Ölkə borcunun ÜDM-ə olan nisbəti 74,9%-dir. Ölkədə internetdən istifadə dərəcəsi 93,9%. İş həyatında rast gəlinən ən böyük problem innovasiya sahəsində kifayət qədər potensialın olmamasıdır. 

8- Hollandiya 

Adambaşına düşən milli gəlir 42 min 143 dollardır. Ölkə borcunun ÜDM-ə olan nisbəti 33,8%-dir. Ölkədə internetdən istifadə dərəcəsi 74,2%, İş həyatında rast gəlinən ən böyük problem ciddi məşğulluq bazarı qaydalarıdır. 

9- İngiltərə 

Adambaşına düşən milli gəlir 38 min 309 dollardır. Ölkə borcunun ÜDM-ə olan nisbəti 90,1%-dir, Ölkədə internetdən istifadə dərəcəsi 89,8%. İş həyatında rast gəlinən ən böyük problem maliyyə tapılmasıdır. 

10 - İsveç 

Adambaşına düşən milli gəlir 42 min 146 dollardır. Ölkə borcunun ÜDM-ə olan nisbəti 41,4%-dir. Ölkədə internetdən istifadə dərəcəsi 95%-ə yaxındır. İş həyatında rast gəlinən ən böyük problem yüksək vergi dərəcələridir.