Azərbaycan Mərkəzi Bankının (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması məqsədilə elan edilmiş açıq tenderi başa çatıb. “Azsığorta” şirkətindən bildirilib ki, avqustun 20-də Tender Komissiyasının qərarına əsasən əsas vəsaitlərin sığortalanması üzrə “Azsığorta” açıq tenderin qalibi elan olunub.
Tender şərtlərinə görə, bu sığorta növü üzrə qalib gələn sığortaçı, daşınmaz əmlakın icbarı sığortası, daşınar və daşınmaz əmlakın könüllü sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətdən sığortası , elektron avadanlıqların sığortası, üzrə xidmətlərinə 2015-ci il yanvar ayının 25-dən etibarən başlayacaq. Şirkətdən verilən məlumata görə, daşınmaz əmlakın sığortası üzrə xidmətlərə AMB-nin əsas binasının sığortalanması da daxildir.
fins.az