İcbari sığortaya marağın artmasının səbəbi bəlli oldu | Banco.az

İcbari sığortaya marağın artmasının səbəbi bəlli oldu

Son bir ayda icbari sığortaya müraciət edən sürücülərin sayında kəskin artım qeydə alınıb. Belə ki, təkcə iyul ayında 99 mindən artıq avtomobil icbari qaydada sığortalanıb. Əslində insanların sığortaya marağının artması olduqca müsbət hal kimi qiymətləndirilməlidir. Çünki uzun müddətdir ki, insanların bu sahəyə olan marağının artırılması istiqamətində önəmli addımlar atılır. Lakin aparılan araşdırmalar bu məsələ ilə bağlı bir sıra həqiqətləri üzə çıxarıb. Belə ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, sürücülərin avtomobillərini icbari qaydada sığorta etdirməyə tələsmələri heç də təsadüfi deyil. Çünki icbari sığorta avtomobillərin texniki baxışdan keçirilməsi zamanı tələb olunan əsas şərtdir. Məhz bu tələb səbəbilə icbari sığortalanan avtomobillərin sayında kəskin artım müşahidə olunub. Məlumat üçün onu da qeyd edək ki, texniki baxışın müddəti avqust ayının 15-də yekunlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az