"Avto Kasko" - "Bakı Sığorta" | Banco.az

"Avto Kasko" - "Bakı Sığorta"

Məlum  olduğu kimi, Kasko üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır. «Bakı Sığorta» şirkəti avtomobil sahiblərinə avtomobillərinin müxtəlif təcavüzlərdən, oğurluqdan, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub-olmamasından asılı olmayaraq, əşyaların düşməsindən, atılmasından və s. risklərdən Kasko sığorta proqramını təklif edir.

Avtomobil nədən sığortalanır?

Nəqliyyat vasitəsi və nəqliyyat vasitəsinə aid olan hər cür aksessuarlar aşağıda göstərilən risklərdən sığortalana bilər:
• İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə (xarici təsirlər nəticəsində bir cismin toxunması, nəqliyyat vasitəsinin belə cisimləri vurması nəticəsində nəqliyyat vasitəsinin zədələnməsi, aşması, düşməsi kimi qəzalarla bağlı ziyan və zərərlər)
• Üçüncü şəxslər tərəfindən qəsdən vurulan ziyan
• Yol-nəqliyyat hadisəsi
• Hər hansı predmetlə toqquşma
• Üçüncü şəxslərin qərəzli hərəkətləri
• Təbii fəlakətlər
• Oğurluq
• Yanğın, ildırım və partlayış
• Heyvanların və quşların hərəkəti

Kasko üzrə «Bakı Sığorta» ASC-dən Unikal Təklif Paketi:

Azərbaycanda ilk dəfə olaraq «Bakı Sığorta» ASC Kasko sığortasında təmir servisi üzrə «Qızıl Standartlar» paketini tətbiq etməyə başlayıb.
Hadisə zamanı Evakuatorun 24/7 gün ərzində hadisə yerinə çatması, DYP-dən sənədlərin toplanması şirkət tərəfindən həyata keçirilir.

Zədələnmiş avtomobil yüksək səviyyəli və beynəlxalq standartlara tam müvaffiq olan «Avto Group» servis mərkəzinə təhvil verilir.

Ən sərfəli kredit üçün müraciət et

«Avto Group» servis mərkəzində maksimal olaraq 4 iş günü müddətində dəymiş ziyan və ya zərər tam qiymətləndirilir, avtomobilin bərpası və ya tam məhv olunması haqqında rəy alınır.

Avtomobili bərpa etmək mümkündürsə, onda müştəriyə 14 gün müddətinə (Korporativ müştərilərə təmir bitənədək) əvəzedici avtomobil təqdim olunur. Regionlarda təmir prosesi həyata keçirilərsə, 4-cü gündə müştəriyə günə 10 manatdan 14 günədək müddət ərzində «Taksi Pulu» ödənilir.

Sığorta haqqı:
Avtomobilin Kasko sığortasının sığorta haqqı, yəni avtomobilini sığortalayan şəxsin sığorta şirkətinə ödədiyi pul məbləği, avtomobilin real bazar dəyərinə görə, istehsal ilinə görə, azadolma məbləğinə görə hesablanır.
Avqustun sonuna qədər olan kampaniya çərçivəsində avtomobili 3,09%-lə sığortalamaq olar. Yəni, bazar dəyəri 10 min manat olan maşın üçün sığorta haqqı 309 manat müəyyən olunur. Həmçinin, sürücü üçün yaş məhdudiyyəti və sürücülük stajı məhdudiyyəti yoxdur. Franşiza isə 0-dır.

İstisnalar:
• Sərxoş halda idarəetmə,
• sənədsiz (sürücülük vəsiqəsi, etibarnamə və texpasport olmadan) idarəetmə,
• ödənişli sərnişin daşıma,
• maşının icarəyə verilməsi.

Bu sığorta məhsulu istehsal tarixi 1992-ci ildən əvvələ aid olmayan avtomobillərə aiddir.

Mənbə: fins.az