Sığorta mübahisələrinin həlli üzrə arbitraj məhkəməsinin təşkili planlaşdırılır | Banco.az

Sığorta mübahisələrinin həlli üzrə arbitraj məhkəməsinin təşkili planlaşdırılır

Azərbaycanda sığorta mübahisələrini məhkəmə qaydasında tənzimləyən qurumun yaradılması məsələsi nəzərdən keçirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramovun sözlərinə görə, bir müddət əvvəl Dövlət Sığorta Nəzarəti Xidməti sığorta ombudsmanı institutunun yaradılmasına dair planların olduğunu açıqlasa da, bu qərar yalnızca Maliyyə Nazirliyinin qərarından asılı deyil.

"Hal-hazırda sığorta arbitraj məhkəməsinin yaradılması barədə müzakirələr aparılır. Lakin əsas məsələ ondan ibarətdir ki, qəbul olunan qərarların obyektivliyinin təmin edilməsi üçün hakim vəzifəsini icra edəcək şəxsin diqqətli şəkildə seçilməsi zəruridir. Sözügedən strukturun yaradılmasında qarşıya çıxan əsas problemlərdən biri hal-hazırda ölkədə sığorta ekspertlərinin mövcud olmamasıdır", deyə O.Bayramov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, sığorta arbitraj məhkəməsinin yaradılması hələ ki, fikir olaraq qalmaqdadır. Lakin bu məsələ nəzərdən keçirilir.

Sevinc İbadova/Banco.az