Banklarımızın ən yaxşı kredit kartları | Banco.az

Banklarımızın ən yaxşı kredit kartları

Pula ehtiyacınız var və siz dəqiq bilmirsiniz bu pulu nə vaxt və nə qədər xərcləyəksiniz. Bu yerdə sizə kredit kartları kömək edə bilər. Kredit kartları - Bankların müştərilərinə müəyyən limitlər daxilində açdıqları kreditlərlə, nağd pul istifadə etmədən mal və xidmət ala bilmələri, nağd pul çıxara bilmələri üçün verdikləri ödəmə vasitəsidir. 

Hal-hazırda əksər banklarımız müştərilərinə kredit kartları təklif edir. Hər birinin isə özünə məxsus şərtləri, tələbləri var. 

Bəs bunlardan ən yaxşısı hansıdır?

Hansı kredit kartı sizə uyğundur?

Bu gün sizlərə ən yaxşı kredit kartlarının siyahısını təqdim edəcəyik.

 

Uni Bank - Albalı Plus 

Kart pulsuz təqdim olunur. Kreditin maksimal məbləği 10000 azn-dir. Kartın istifadə müddəti 5 ildir və illik faiz dərəcəsi 30%-dir. Komisyon haqqı 2% təşkil edir (Komisyon haqqı Standart Albalı Plus-a aid deyil.AlKart birləşməsi olan Albalı Kartlara şamil edilir). Güzəşt müddəti 40 gündür. Təminat tələb olunmur.

İş stajı minimum 3-6 ay ( Staja tələb Albalı Plus Alkarta aiddir). Əmək haqqı barədə tələb yoxdur və veriləcək məbləğ araşdırma sonrasında bəlli olur.

 

Bank of Baku - Bolkart

Kart pulsuz təqdim olunur. Kreditin maksimal məbləğ 5000 azn-dir. Kartın istifadə müddəti 5 ildir və illik faiz dərəcəsi 30%-dir. Güzəşt müddəti 40 gündür. Təminat tələb olunmur.

Verilən kredit əmək haqqının 2-3 mislinə qədər olur.

 

Yapı Kredi Bank Azərbaycan - Worldcard

Kartın qiyməti 25 azn-dir. Kartın istifadə müddəti 5 ildir (hər il 25 azn ödənilməlidir). İllik faiz dərəcəsi 28%-dir. Komisyon haqqı 2%+1azn təşkil edir. Güzəşt müddəti 40 gündür. Təminat tələb olunmur.

İş stajı minimum 6 ay, 300 Azn minimal əmək haqqı olmalıdır.

 

Access Bank - Visa Classic

Kart pulsuz təqdim olunur. Kreditin maksimal məbləği 10000 azn-dir.Kredit 12 aya qədər verilir və illik faiz dərəcəsi 30%-dir. Komisyon haqqı 2% təşkil edir. Güzəşt müddəti 40 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay, 100 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 4-5 mislinə qədər olur. 

 

Ata Bank - Visa Classic

Kart pulsuz təqdim olunur. Kreditin maksimal məbləği 5000 azn-dir. Kredit 12 aya qədər verilir və illik faiz dərəcəsi 28%-dir. Komisyon haqqı 2,5% təşkil edir. Güzəşt müddəti 37 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay, 125 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 5 mislinə qədər olur. 

 

Bank Respublika - Visa Classic

Kart pulsuz təqdim olunur.  Kreditin maksimal məbləği 3000 azn-dir. Kredit 12 ay qədər müddətinə verilir və illik faiz dərəcəsi 25%-dir. Komisyon haqqı 1% təşkil edir. Güzəşt müddəti 45 gündür. Təminat tələb olunmur.

İş stajı minimum 6 ay, 200 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 2 mislinə qədər olur.

Ekspress Bank - Visa Classic

Kart pulsuz təqdim olunur. Kreditin maksimal məbləği 3000 azn-dir. Kredit 12 aya qədər verilir və illik faiz dərəcəsi 24%-dir. Komisyon haqqı 2% təşkil edir. Güzəşt müddəti 35 gündür. Təminat tələb olunmur.

İş stajı minimum 6 ay, 200 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 1,5-2 mislinə qədər olur. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bank Standard - SmartCard

Kart pulsuz təqdim olunur.  Kreditin maksimal məbləği 10000 azn-dir. Kredit müddəti 12 aya qədərdir və illik faiz dərəcəsi 25-26%-dir. Komisyon haqqı 1% təşkil edir. Güzəşt müddəti 35-45 gündür. Təminat tələb olunmur.

İş stajı minimum 6 ay, 500 Azn orta əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 5 mislinə qədər olur. 

 

Nikoil Bank - Visa Beynəlxalq

Kart pulsuzdur. Kreditin maksimal məbləği 8000 azn-dir. Kredit müddəti 12 aya qədərdir və illik faiz dərəcəsi 30%-dir. Komisyon haqqı 2% təşkil edir. Güzəşt müddəti 40 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay. Verilən kredit əmək haqqının 3 mislinə qədər olur. Əmək haqqı barədə tələb yoxdur.

 

Bank BTB - Visa Classic

Kartın qiyməti 20 Azn-dir. Kreditin maksimal məbləği 5000 azn-dir. Kredit müddəti 12 aya qədərdir və illik faiz dərəcəsi 25%-dir. Komisyon haqqı 2%+5azn təşkil edir. Güzəşt müddəti 30 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay, 200 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 3 mislinə qədər olur. 

 

Azər-Türk Bank - MC Standart

Kartın qiyməti 20 Azn-dir.  Kreditin maksimal məbləği 20000 azn-dir.Kredit müddəti 36 aya qədərdirvə illik faiz dərəcəsi 22%-dir. Komisyon haqqı 1% təşkil edir. Güzəşt müddəti 40 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 3 ay, 250 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 3 mislinə qədər olur. 

 

Turan Bank - MC Standart

Kartın qiyməti 25 Azn-dir. Kreditin maksimal məbləği 5500 azn-dir. Kredit müddəti 12 aya qədərdir və illik faiz dərəcəsi 26%-dir. Komisyon haqqı yoxdur. Güzəşt müddəti 30 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay. Əmək haqqı barədə tələb yoxdur və veriləcək məbləğ araşdırma sonrasında bəlli olur.

 Xalq Bank - Visa Classic

Kartın qiyməti 30 Azn-dir.  Kreditin maksimal məbləği 10000 azn-dir. Kredit müddəti 12 aya qədərdir və illik faiz dərəcəsi 20-28%-dir. Komisyon haqqı 1% təşkil edir. Güzəşt müddəti 40 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay, 300 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 3 mislinə qədər olur. 

 

VTB Bank Azərbaycan - Visa Classic

Kart pulsuz təqdim olunur. Kreditin maksimal məbləği 11000 azn-dir. Kredit müddəti 24 aya qədərdir və illik faiz dərəcəsi 29%-dir. Komisyon haqqı 2% təşkil edir. Güzəşt müddəti 45 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay, 350 Azn minimal əmək haqqı olmalıdır. Verilən kredit əmək haqqının 5 mislinə qədər olur.

 

Rabitə Bank - Visa Classic

Kartın qiyməti 20 Azn-dir. Kreditin maksimal məbləği 5000 azn-dir. Kredit müddəti 12 aya qədərdir və illik faiz dərəcəsi 26%-dir. Komisyon haqqı 1% təşkil edir. Güzəşt müddəti 30 gündür. Təminat (zamin) tələb olunur.

İş stajı minimum 6 ay, 400 azn minimal əmək haqqı olmalıdır. 

 

Qeyd etmək istərdim ki, məlumatlar bankların rəsmi veb saytlarından və məlumat mərkəzlərindən alınmışdır. Bildirmək istərdim ki, təminat tələbləri götürülən məbləğdən asılı olaraq dəyişir.

Günel Abduraxmanova / Banco.az