Çox işləmək bank işçisini öldürdü | Banco.az

Çox işləmək bank işçisini öldürdü

Çində bir bank əməkdaşı, gərgin iş saatları və həddindən artıq yorğunluğa dözə bilməyib həyatını itirdi. Çinin banklara nəzarət və tənzimləmə təşkilatının idarə heyəti üzvlərindən olan 48 yaşındakı Li Jianhua, 23 Aprel gecəsində vacib bir hesabatı yetişdirmək üçün işləyərkən həyatını itirdi.

Linin adının verilməsini istəməyən bir iş yoldaşı, vəfat edən bankirin şöbəsində hər kəsin gecə yarısına, ya da səhərə qədər çalışdığını söylədi. Linin digər iş yoldaşları, bankirin son vaxtlarda kiçik ürək sancıları yaşadığını və özündən həkimə getməsini istədiklərini, ancaq onun həmişə "Heç vaxtım yoxdur" dediyini söylədi. 

Ən sərfəli kredit üçün müraciət et

China Youth Daily qəzetinə görə, Çində hər il 600 min adam çox işlədiklərinə görə ölür. China Radio International aprel ayında 1 gündə çox işlədiklərinə görə ölən adam sayının 1600-ə çatdığını açıqladı. 

Axırıncı dəfə Londonda 21 yaşında bankda stajçı olan gənc, uzun iş saatlarına dözə bilməyib həyata vida etmişdi.

Günel Abduraxmanova / Banco.az