“Amrah Sığorta”dan kasko sığorta üzrə yenilənmiş və daha sərfəli şərtlər | Banco.az

“Amrah Sığorta”dan kasko sığorta üzrə yenilənmiş və daha sərfəli şərtlər

“Amrah Sığorta” şirkəti avtomobillərin könüllü sığortası ilə bağlı müştərilərinə daha yaxşı şərtlər təklif etməyə başlayıb. Bu barədə şirkətin idarə heyətinin sədr müavini Rəşid Salıfov məlumat verib. Onun sözlərinə görə, yeniliklər həm kasko sığortanın qiymətinə, həm də əlavə güzəştlərə aiddir.

Belə ki, avtomobilin "Amrah sığorta"da sığortalanması əvvəlki qiymətlə müqayisədə 20% ucuz başa gələcək. İndiyə qədər “Amrah Sığorta”da 100 manatlıq franşiza ilə 1 illik sığorta avtomobilin qiymətinin 3,2%-ə bərabər idi. Bundan sonra isə tarif 2,56% təşkil edəcək. Nəticədə, məsələn, dəyəri 10 min manat olan avtomobil üçün illik sığorta haqqı 320 manatdan 256 manata enəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, yenilənmiş kasko sığortası müqaviləsi 1 illik bağlansa da, 12 ay yox, 13 ay müddətində qüvvədə olacaq - 1 aylıq sığorta müştərilərə hədiyyə ediləcək. Daha bir yenilik isə ondan ibarətdir ki, bundan sonra “Amrah Sığorta”da avtomobilini sığorta etdirənlərə videoqeydiyyat cihazı hədiyyə ediləcək.

Mənbə: fins.az