2016-cı ildən etibarən Azərbaycanda “Green Card” sistemi tətbiq olunacaq | Banco.az

2016-cı ildən etibarən Azərbaycanda “Green Card” sistemi tətbiq olunacaq

Azərbaycan sürücüləri "Green Card" sisteminə - avtomobil sürücülərinin üçüncü şəxslər qarşısında vətəndaş məsuliyyətinin beynəlxalq sığortası ailəsinə qoşulur.

Sığortaçı ekspertlər hesab edir ki, saziş üzvü olan ölkələrin yerli sürücülərin hüquqlarını tanıması üçün bir neçə addım atılmalıdır. Azərbaycan parlamenti "İcbari sığorta növləri haqqında" qanuna düzəlişlər qəbul etməlidir (Qanunun payız sessiyasında qəbul olunacağı gözlənilir). İcbari Sığorta Bürosu Nizamnaməyə dəyişikliklər etməli və "Yaşıl kart" Şurasına zəruri sənədləri, 5 mln. avroluq zəmanət məktubu, təkrar sığorta haqqında müqavilə və qanunvericiliyin Green Card Şurasının tələblərinə uyğun olduğu haqqında məlumat təqdim etməlidir.

"İSB bu ilin sonuna və ya 2015-ci il yanvarın sonlarına qədər sənədləri ünvana təqdim edə bilsə, Green Card sistemi 2016-cı il yanvarın 1-dən Azərbaycanda işləməyə başlayacaq", İSB direktoru Elxan Quliyev belə hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

"Yaşıl kart" haqqında saziş 1953-cü il yanvarın 1-də qüvvəyə minib. Ona əsasən, saziş üzvü olan istənilən ölkədə verilmiş avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığorta polisi bu sazişin üzvü olan başqa ölkənin ərazisində etibarlıdır.

"Yaşıl kart" sisteminə Avropa, Asiya və Afrikanın 46 üzvü daxildir. 2006-cı ildə Büro Şurasının qərargah mənzili Londondan Brüsselə köçürülüb. Yerli İcbari Sığorta Bürosu "İcbari sığorta növləri haqqında" qanunun tətbiqi çərçivəsində yaradılıb. Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətindən 15-i İSB-yə daxildir.

Mənbə: contact.az