ABŞ-ın ən böyük üçüncü bankı olan Citigroup, İspaniyada istehlak bançılığı fəaliyyətlərini Banco Popular Espanyol-a satmağa qərar verib. Satış, təxminən 2 milyard dollarlıq aktivi, 2,8 milyard dollarlıq depoziti, 1,2 milyon müştəri hesabını əhatə edir. Citigroup tərəfindən verilən açıqlamada, 3,2 milyard dollarlıq aktiv idarəsinin də satışa daxil olduğu ifadə edildi. Müqavilə çərçivəsində 950 işçi və 45 bank şöbəsinin bundan sonra Banco Popular-ın damı altında fəaliyyət göstərəcəyi bildirildi. Şirkətin nümayəndəsi Mark Costiglio, müqaviləyə dair çox detal açıqlamadı.
Şirkətdən verilən məlumata görə, City-nin İspaniyada şəxsi bankçılıq və dövlət müştərilərinə xidmət etməyə və bu sahədə inkişaf fürsətlərini qiymətləndirməyə davam edəcəyi ifadə edildi.
Qeyd etmək istərdik ki, Citigroup aktivlər baxımından ABŞ-ın ən böyük üçüncü bankıdır.
Günel Abduraxmanova / Banco.az