Azərbaycan Mərkəzi Bankı tender elan edib | Banco.az

Azərbaycan Mərkəzi Bankı tender elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni təhlükəsizlik sistemi üzrə İSO 27001:2013 standartına uyğun metodologiyanın hazırlanması istiqamətində tender elan edib.

Sözügedən sistem fövqəladə hallarda dayanıqlılıq nümayiş etdirməli və bərpa planlarını təmin etməlidir.

Bank və iri miqyaslı maliyyə institutlarında sözügedən sistemin yaradılması üzrə təcrübəyə malik olan şirkətlər tenderdə iştirak edə bilər. Bununla yanaşı, tenderin potensial iştirakçılarından son 5 il ərzində 2 anoloji layihənin gerçəkləşdirilməsi üzrə təcrübəyə sahib olmaları tələb olunur. Tenderin şərtlərinə görə, metodologiya qalib ilə müqavilə imzalandığı andan etibarən 150 təqvim günü ərzində hazır olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Tenderdə iştirak üçün dövlət rüsumu 150 AZN təşkil edir. Tender üzrə təkliflər 8 avqust tarixinə qədər qəbul olunacaq. Tender təkliflərinin qiymətləndirilməsi isə 11 avqust tarixinə təsadüf edəcək.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et