Əmək müqavilələrinin kağız üzərində imzalanması qadağan olunacaq | Banco.az

Əmək müqavilələrinin kağız üzərində imzalanması qadağan olunacaq

Artıq iyul ayının 1-dən etibarən əmək müqavilələrinin kağız üzərində yazılı formada imzalanması qadağan olunacaq. Belə ki, sözügedən tarixdən etibarən əmək müqavilələri elektron qaydada bağlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir ki, elektron əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi qaydaları və formaları Nazirliyin rəsmi saytında yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

"Elektron informasiya sistemi iyul ayından 1-dən etibarən fəaliyyətə başlayacaq. Daha əvvəlki dövrlərdə imzalanmış əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərə 3 ay möhlət veriləcək", məlumatda qeyd edilir.

Sevinc İbadova/Banco.az