Filial Müdiri (Dərnəgül filialı) | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).
ASB Bank

Filial Müdiri (Dərnəgül filialı)

Vakansiya haqqında məlumat: 

ASB FİLİAL MÜDİRİ (DƏRNƏGÜL filialı)

 Tələblər:

• Iqtisadiyyat, maliyyə, mühasibat uçotu kimi sahələr üzrə ali təhsilli olmalıdır;
• Bank sahəsində minimum 5 illik   iş təcrübəsi (kredit sahəsi və rəhbər/filial müdiri vəzifəsində iş təcrübəsi mütləqdir, filial müdiri kimi Azərbaycan Respublikasının Mərkəzi Bankından müsbət attestasiya vərəqəsi olmalıdır);
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
• Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
• Liderlik qabiliyyəti və idarəetmə bacarığı.

Filial müdirinin vəzifə öhdəlikləri:

• Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək;
• Potensial müştəriləri müəyyən etmək;
• Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək; 
• Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək;
• Filialın Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
• Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
• Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək.

Vakansiya ilə maraqlanan şəxslərdən mövzu yerinə "ASB Filial Müdiri (Dərnəgül fil.)" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.

Əlaqə nömrəsi: 012 514 23 18

*Bank haqqında ətraflı məlumatı www.asb.az saytından ala bilərsiniz.