"Buta Sığorta"dan kasko və fərdi qəza "cütlüyü" | Banco.az

"Buta Sığorta"dan kasko və fərdi qəza "cütlüyü"

Avtomobilini “Buta Sığorta” şirkətində könüllü qaydada sığorta etdirənlər adambaşına əlavə 6 manat ödəməklə fərdi qəza sığortası da əldə edə bilərlər. 
Sığorta şirkətindən verilən görə, söhbət təkcə sürücünün həyatının və səhhətinə dəyən ziyanın sığortalanmasından gedir. Xatırladaq ki, avtomobillərin kasko sığortası zamanı hadisə baş verərkən, yalnız avtomobilə dəyən zərər ödənilir, sürücünün aldığı xəsarətlərə görə müalicə xərcləri isə onun öz üzərinə düşür. "Buta Sığorta"nın təklifində isə 6 manat ödəməklə müalicə xərcini də almaq mümkündür.

Əgər avtomobil sahibləri sərnişinləri də sığortalamaq istəsələr əlavə adambaşına 6 manat ödəməlidirlər. Bu halda, 5 nəfərlik tutumu olan minik maşını üçün fərdi qəza sığortası 30 manata başa gəlir.
Bu sığorta növü maşında olan hər adama həyat və əmək qabiliyyətinin itirilməsinə görə 5000 manat ödənilməsini nəzərdə tutur. Müalicə xərclərinə görə isə adambaşına 100 manat ödənilir.
Başqa sözlə, 5 nəfərlik tutumu olan avtomobilin fərdi sığortası 30 manata başa gəldiyi halda, ödənilə biləcək maksimum məbləğ 25 500 manat təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az