Bankların borcunu toplayan kollektor şirkətlərin fəaliyyəti genişlənir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bankların borcunu toplayan kollektor şirkətlərin fəaliyyəti genişlənir

Hal-hazırda ölkədə kollektor şirkətlərin fəaliyyəti getdikcə genişlənir. Belə ki, banklar verdiyi krediti vətəndaşlardan ala bilmədikdə, yeganə çıxış yolunu kollektor şirkətlərə müraciət etməkdə görür. Qeyd edək ki, maliyyə qurumları üçün kollektor fəaliyyəti məhkəməyə müraciət etmədən problemi həll etməyin ideal yolu hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, bu sahə üzrə ixtisaslaşan şirkətlər borclularla ünsiyyət zamanı bir sıra metodlardan, hətta xüsusi psixoloji təsir üsullarından istifadəyə əsaslanırlar. Bəs ölkəmizdə bu tip fəaliyyətə qanunvericiliyin yanaşması necədir? Aşağıdakı süjeti izləməklə, bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: 

Sevinc İbadova/Banco.az