Zaminsiz və arayışsız Kredit Kart istəyirsinizsə Azər-Türk Bank-a sadəcə əmanət yerləşdirməyiniz kifayətdir. Belə ki, minimal 500 AZN/USD-dən başlayan əmanət məbləği müqabilində sizə zaminsiz və arayışsız, yalnız şəxsiyyət vəsiqəsi ilə MasterCard Kredti Kartı veriləcək. Kredit Kart limiti əmanət məbləğinin 90% həcmində olur və illik faiz dərəcəsi 22% (orta aylıq 1.83%) təşkil edir. Burdan qazancınız həm əmanətə görə illik 9% əlavə məbləğ, həm də 40 gün güzəşt müddətli Kredit Kartı olacaq. Yəni siz kartdan çəkəcəyiniz məbləği hər ayın 10-na kimi tam şəkildə geri qaytarsanız illik (və ya aylıq) faiz tətbiq edilməyəcək.
Kart vasitəsilə istənilən internet əməliyyatlarını yerinə yetirə bilərsiniz. Eyni zamanda İnternet Bankinqdən qeydiyyatdan keçməklə kart hesablarınızı izləyə, Cash-in ATM-də kart borcunuzu ödəyə və 3D Security xidmətindən də yararlana bilərsiniz. POS-terminallardan və internetdən ödəniş zamanı heç bir komissiya haqqının tutulmaması, Card-to-Card xidməti (bir kartdan digər karta pul köçürülməsi) və s. kimi xidmətlər kartın əlavə üstünlükləridir.
Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya və ya rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz (www.azerturkbank.biz).
Qeyd edək ki, “Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turan Bank ASC tərəflərindən təsis edilmişdir.