“Xalq Sığorta” tibbi sığorta proqramını yeniləyir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Xalq Sığorta” tibbi sığorta proqramını yeniləyir

“Xalq Sığorta” şirkəti fiziki şəxslərin tibbi sığortalanmasına dəyişikliklər etmək niyyətindədir. Şirkətdən verilən məlumata görə, yeni paketlər təxminən 1 aydan sonra müştərilərin ixtiyarına veriləcək. “Xalq Sığorta”nın göstərdiyi xidmətlərə stomotologiya və digər xidmətlərin əlavə olunacağı gözlənilir.

Yeniləşmiş sığorta paketində 1 illik qiymət çox güman ki, 1000 manatdan aşağı olmayacaq. Bu indiyə qədərki qiymətlə müqayisədə 200-300 manat çoxdur. Bahalaşma həm paketə yeni xidmətlərin daxil edilməsi, həm də “Xalq Sığorta”nın əməkdaşlıq etdiyi klinikalarda qiymətlərin qalxması ilə əlaqədardır. Hazırda sığorta haqqı tibbi xidmətin dəyərinə uyğunlaşdırılır.

Yeni tibbi sığorta zərfini alanlar 20 min manatlıq tibbi sığorta təminatı qazanacaqlar.

Mənbə: fins.az