Banklarımız lombard kreditlərini hansı şərtlər ilə verir? | Banco.az

Banklarımız lombard kreditlərini hansı şərtlər ilə verir?

Lombard krediti dedikdə, insanların ağlına ilk olaraq, qızıl və digər zinət əşyalarını qoyaraq götürdükləri borc pul gəlir. Pulunu qaytardıqda, öz əşyalarını da geri ala bilirsən. Bu zaman qızıl borcun alınması üçün təminat qismində çıxış edir. Borcunu qaytara bilməsən, girovu itirirsən. Bu  fəaliyyət növü ilə ənənəvi olaraq, xüsusi lombard müəssisələri məşğul olurdu. İndi isə Banklar da oxşar xidməti, lakin daha sərfəli və etibarlı şərtlər ilə təqdim edirlər.  

İstənilə halda qızıllarını hər-hansı bir köşkdə oturan, hansı fəaliyyət sahəsi ilə məşğul olduğu bəlli olmayan, tanımadığın birinə etibar etməkdənsə banka etibar etmək daha məntiqlidir. Həm də banka etdiyin aylıq ödənişlər, sənin borcunun azalmasına gətirib çıxarır. Lombard müəssisələrində isə borc öz yerində qalır.

Lakin hal-hazırda banklar heç bir krediti iş yerindən arayış və gəlirləri sübut edən sənədlər olmadan vermir, bu sıraya lombard kreditləri də daxildir.

Digər kredit növləri ilə müqayisədə lombard kreditlərində faizlər daha yüksək olur.

Banklar özlərini riskə atmamaq üçün daha təminatlı və likvid aktivlər hesab olunan qızıl vəsaitlərinin və digər qiymətli daş-qaşların girovu altında kredit verməyə üstün tuturlar. Digər tərəfdən bunları əsasən zəif kapital bazası olan, bazardakı payları o qədər də güclü olmayan banklar təşkil edir.

Ölkəmizdə lombard kreditləri sahəsində xüsusən fərqlənən Parabankdır. Parabank həm marketinq fəaliyyəti ilə məhsulun satışında rəqiblərini qabaqlayır, həm də girov qoyulmuş əmlakın 2 qat dəyəri həcmində kredit təklif etməsi baxımından müştərilər üçün daha cəlbedicidir.

Əsasən banklarımızda lombard kreditlərinin əldə edilməsi üçün tələb olunan sənədlər bunlardır:

• Kredit sifarişi haqqında ərizə;
• Borcalanın şəxsiyyətini təsdiq edən sənəd;
• Borcalanın kredit tarixi barədə Mərkəzləşdirilmiş Kredit Reyestrindən arayış;
• Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı cəmləşmə riski barədə məlumat (belə hal baş verdikdə);
• Borcalanın gəlirləri barədə sənəd;
• Mövcud qanunvericiliyə uyğun olaraq girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat.

Sizi bazardakı aktiv lombard kredit təklifləri ilə tanış etmək istərdik: 

Bankın adı

Məbləğ

Müddət

% dərəcəsi

Komisyon və

xərclər

Məbləğin girova nisbəti

Bank Respublika

200-10 000AZN

24 ay

31-34%

1-3%

80 -95%

Parabank (lombard)

50000 AZN

3-36 ay

26.5-40.5%

4%

100%i

Parabank (lombard+)

50 000 AZN

3-24 ay

28.5-38.5%

2% (kassa)+4%

200%i

NBC Bank

10 000 AZN

6-24 ay

30%

4%

80%i

Azər-TürkBank

5000 AZN

12-24 ay

22-24%

1%

60%i

Muğanbank

5000 USD

6-24 ay

30-36%

2-2,6%

100%i

Turanbank

10 000 AZN

24 ay

minimal 30%

2%

120%İ

United Kredit Bank

50 000 AZN

24 ay

30-38%

 

80%i

Qafqaz İnkişaf Bankı

10 000 AZN

24 ay

36%-ədək

 

70%

Bank Technique

5000 AZN

24 ay

24-28%

20 -45 AZN (+10 AZN)

70%

Rabitə Bank

50 000 AZN

24 ay

28-32%

3.9%

100%

Beynəlxalq Bank

100 00AZN

18 ay

18 ay

 

70%i

Exspress Bank (qızıl təminatlı kredit)

5000 AZN

24 ay

28%

3.3%

90%i

DəmirBank (qızılla kredit)

30 000 AZN

26 ay

28%-dən başlayaraq

3.3%

100%i

AmrahBank

20 000 AZN

3-18 ay

30%

5%

80%

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et