Kreditlərin ən çox artdığı sahələr açıqlandı | Banco.az

Kreditlərin ən çox artdığı sahələr açıqlandı

Mart ayında Azərbaycan banklarının kredit portfelinin həcmi 273,3 milyon manat və ya 1,7% artaraq 15 mlrd. 941,2 milyon manata çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilir.

Hesabata görə, bu dövrdə ticarət və xidmət sektoruna verilən kreditlər 32,3 mln. manat, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 1,4 mln. manat, aqrar sahəyə verilən kreditlər 7,3 mln. manat, inşaat və əmlak sektoruna verilən kreditlər 39,2 mln. manat, sənaye və istehsal sektoruna verilən kreditlər 29,1 mln. manat, nəqliyyat və rabitəyə verilən kreditlər 49,6 mln. manat artıb. Bu dövrdə istehlak kreditlərinin həcmi 78,8 mln. manat artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, ilin əvvəlindən indiyədək bankların ümumi kredit portfelinin həcmi 518,3 mln. manat və ya 3,4% artıb. 

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et