Bundan sonra səyahətə çıxanlar internet vasitəsilə özlərini “Atəşgah” Sığorta Şirkətində sığortalatdıra biləcəklər.
Şirkətdən verilən məlumata görə, səyahət sığortalarını onlayn rejimdə “Hesab.az” portalı vasitəsilə əldə etmək olar. Bu üsul müştərilərə əlavə imkanlar açacaq. Belə ki, dünyanın istənilən yerinə səfər zamanı fərdi və yaxud qrup şəklində sığortalanmaq üçün sifarişin verilməsi, sifariş forması doldurulduqda ödəniləcək məbləğin sistem tərəfindən hesablanması, sığorta şəhadətnaməsinin e-poçt ünvanınıza göndərilməsi, 12 saat ərzində istənilən ünvana çatdırılması, ödənişi yalnız “Visa”, "Visa Electron", "Maestro" və “MasterCard” ilə deyil, hətta “Albalı”, “Albalı+” və "Bolkart" taksit kartları vasitəsi ilə aparmaq onlayn rejimdə səyahət sığortasının üstün cəhətləridir.
Bundan əlavə, “Səyahət sığortaları”nı əldə etmiş hər bir müştəri ödədiyi məbləğdən asılı olmayaraq, elə həmin anda “Hesab.az” portalından 20 000 hədiyyə bonusu qazanacaq.
Mənbə: fins.az