Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətindən 21-i ölkənin regionlarında öz filiallarını açıb. Bunlardan yalnız “Azərsığorta” – Dövlət Sığorta Kommersiya Şirkəti bütün şəhər və rayonlarda təmsil olunur. Özəl sığorta şirkətləri arasında ən çox filial "Xalq Sığorta" və "Atəşgah Sığorta" şirkətlərinə məxsusdur. Bu şirkətlərin Bakıda və rayonlarda ümumilikdə 20 filialı var.
“İpək yolu Sığorta”, “Azərqarant”, “Çartis Azərbaycan”, “Günay Sığorta”, “Qala Həyat”, “Rəvan Sığorta” və “Royal Sığorta”nın nə bölgələrdə, nə də paytaxtda heç bir filialı yoxdur.
Bakıda ən çox filialı olan şirkətlər “Azərsığorta” və “Atəşgah”dır. Bu şirkətlərin filialları Bakının 11 rayonunda fəaliyyət göstərir.
Şirkətlərin əksəriyyətində filiallarda ödəniş həyata keçirilmir. Yəni, sığorta ödənişini almaq üçün mütləq baş ofisə gəlmək lazımdır. Amma bəzi şirkətlər filiallar vasitəsilə də ödəniş edirlər. Bu siyahıya “A-Qroup”, “Alfa Sığorta”, "Başak İnam Sığorta", “Buta Sığorta”, “Atasığorta”, “Azərsığorta” və "Era Trans" şirkətlərini aid etmək mümkündür.
Sığorta şirkətlərinin filiallarının bir qismi 5 gün, bir qismi isə 6 gün fəaliyyət göstərir. Amma bu iş rejiminin sığorta hadisələrini araşdıran mütəxəssislərə heç bir aidiyyəti yoxdur. Onlar günün 24 saatı iş başındadırlar və növbə ilə bir-birini əvəz edirlər.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin filialları |
Filialların sayı |
Regional filiallarda |
Regional filiallarda |
1 |
“Azərsığorta” DSKŞ |
Bakı (Baş ofis) |
84 |
5 |
+ |
2 |
“Xalq Sığorta” ASC |
Bakı (Baş ofis) |
20 |
5 |
- |
3 |
“Atəşgah Sığorta” ASC |
Bakı (Baş ofis) |
20 |
6 |
- |
4 |
“Atəşgah Həyat Sığorta” ASC |
Bakı (Baş ofis) |
20 |
6 |
- |
5 |
“Alfa Sığorta” ASC |
Bakı (Baş ofis) |
11 |
5 |
+ |
6 |
“Azsığorta” ASC |
Bakı (Baş ofis) |
7 |
5 |
- |
7 |
“Azərbaycan Sənaye Sığorta” ASC |
Bakı (Baş ofis) |
7 |
5 |
- |
8 |
“Standard İnsurance” ASC |
Bakı (Baş ofis) |
7 |
6 |
- |
9 |
“AXA MBASK” ASC |
Bakı (Baş ofis) |
6 |
5 |
- |
10 |
“Meqa Sığorta” ASC |
Bakı (Baş ofis) |
6 |
5 |
- |
11 |
“Atasığorta”ASC |
Bakı (Baş ofis) |
5 |
5 |
+ |
12 |
“Qarant Sığorta” ASC |
Bakı (Baş ofis) |
5 |
5 |
- |
13 |
“Paşa Sığorta” ASC |
Bakı (Baş ofis) |
5 |
6 |
- |
14 |
“Era Trans” ASC |
Bakı (Baş ofis) |
4 |
6 |
+ |
15 |
“Başak İnam Sığorta” ASC |
Bakı (Baş ofis) |
3 |
5 |
+ |
16 |
“Paşa Həyat Sığorta” ASC |
Bakı (Baş ofis) |
3 |
5 |
- |
17 |
“Bakı Sığorta” ASC |
Bakı (Baş ofis) |
2 |
6 |
- |
18 |
“Beynəlxalq Sığorta Şirkəti” ASC |
Bakı (Baş ofis) |
2 |
5 |
- |
19 |
“Buta Sığorta” ASC |
Bakı (Baş ofis) |
2 |
6 |
+ |
20 |
“A-Qroup” ASC |
Bakı (Baş ofis), |
1 |
5 |
+ |
21 |
“Əmrah Sığorta” ASC |
Bakı (Baş ofis) |
1 |
5 |
- |
22 |
“İpək yolu” ASC |
Bakı (Baş ofis) |
0 |
- |
- |
23 |
“Azərqarant |
Bakı (Baş ofis) |
0 |
- |
- |
24 |
“Çartis Azərbaycan” ASC |
Bakı (Baş ofis) |
0 |
- |
- |
25 |
“Günay Sığorta” ASC |
Bakı (Baş ofis) |
0 |
- |
- |
26 |
“Qala Həyat” ASC |
Bakı (Baş ofis) |
0 |
- |
- |
27 |
“Rəvan Sığorta” ASC |
Bakı (Baş ofis) |
0 |
- |
- |
28 |
“Royal Sığorta” ASC |
Bakı (Baş ofis) |
0 |
- |
- |
Mənbə: fins.az