Sığorta şirkətləri necə birləşəcək? – YENİ QAYDALAR | Banco.az

Sığorta şirkətləri necə birləşəcək? – YENİ QAYDALAR

Maliyyə naziri Samir Şərifov sığorta şirkətlərinin birləşməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını təsdiq edib.

Birləşmək istəyən şirkətlər hər biri ayrı-ayrılıqda bağladıqları və birləşmə üçün müraciət edilən tarixə qədər qüvvədə olan sığorta müqavilələrinin sayı, bu müqavilələrə görə ödənilniş sığorta haqlarının məbləği, eləcə də son 3 il ərzində işgüzar münasibətləri barədə məlumatları Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) təqdim etməlidirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin birləşmək istəyən şirkətlərin son 3 ildə imzaladıqları müqavilələrin siyahısı, ümumiləşdirilmiş maliyyə hesabatları, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışları DSNX-ə təqdim olunmalıdır.

Mənbə: fins.az