Artıq “Hesab.az”ın istifadəçiləri “Səyahət sığortaları”nı da portal vasitəsi ilə sifariş edə bilərlər.
Səyahət sığorta şəhadətnamələri portal vasitəsilə əldə olunduqda müştərilər bir sıra üstünlüklər əldə etmiş olurlar:
“Dünyanın istənilən nöqtəsinə səfər zamanı “Səyahət sığortaları”nın sifarişi, fərdi və ya qrup şəhadətnamələrinin sifarişi, sifariş forması doldurulduqda, ödəniləcək məbləğin sistem tərəfindən hesablanması, “Atəşgah” Sığorta Şirkəti tərəfindən sığorta şəhadətnaməsinin 12 saat ərzində istənilən ünvana çatdırılması, ödənişi yalnız “Visa” və “MaterCard” ilə deyil, hətta “Albalı” və “BolKart” taksit kartları vasitəsi ilə aparmaq kimi imkanlardan yararlanırlar”.
Bundan əlavə, “Səyahət sığortaları”nı əldə etmiş hər bir müştəri ödədiyi məbləğdən asılı olmayaraq, elə həmin anda “Hesab.az” portalından 20 min hədiyyə bonusu qazanır.
Mənbə: fins.az