Ən bahalı restoranlar | Banco.az

Ən bahalı restoranlar

Dünyanın ən bahalı restoranları siyahıya alındı. Bu restoranlarda yerlər əvvəlcədən rezerv olunsa da, yer tapmaq çox çətin olur.

Buyurun bir nəfərlik axşam yeməyi üçün yüzlərlə dolların xərclənəcəyi həmin restoranlarla tanış olun:

 

 

 

 

 Alain Ducasse 

 Londondakı restoranda bir axşam yeməyinin adambaşına düşən xərci  300 dolları aşır. 

 

 

 Ithaa Dənizaltı Restoranı 

 Maldiv adalarında yerləşən dənizaltı restoranda bir axşam yeməyinin  adam başına düşən xərci 320 dollara yaxındır. 

 

 

 Le Meurice 

 Parisin ən məşhur restoranlarından olan Le Meurice-də, bir adamın  axşam yeməyinə ödədiyi məbləğ 524 dollara yaxındır.

Ən sərfəli kredit üçün müraciət et

 

 Masa 

 New Yorkun ən məşhur restoranlarından olan Masa-da bir adamın  axşam yeməyi xərci 450 dollara yaxındır. 

 

 

 Per Se 

 New Yorkda yerləşən restoranın əvvəlcədən rezervlə yerləri əldə  olunan masalarından birində bir nəfərin axşam yeməyi üçün, orta    hesabla 310 dollar ödəməsi lazımdır. 

 

 

 Aragawa 

 Tokionun tanınan restoranlarından olan Aragawa-da, bir nəfərin  axşam yeməyi üçün ödədiyi məbləğ 284 dollar ilə 341 dollar arasında  dəyişir.

 

 

 Kitcho

 Yaponiyada yerləşən restoranda ən bahalı yeməyin qiyməti   600 dollardır. Buna görə də axşam yeməyinin ümumi xərci yüzlərlə dollara  çata bilir.

 

Günel Abduraxmanova / Banco.az